Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qubada koronavirusa yoluxan şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb VİDEO

Quba, 10 avqust, Elxan Yusifli, AZƏRTAC 

Quba rayon sakini Elnur Bayramovun COVID-19 infeksiyası testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı polis şöbəsinin əməkdaşları tərəfindən dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Həmçinin Quba RPŞ-nin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Bu zaman mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.
Reydlər zamanı qaydaları pozan şəxslər barəsində protokollar tərtib olunub və həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Regionlar 2020-08-10 14:13:00

Video