Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

2020-2021-ci tədris ilində peşə təhsil pilləsinə tələbə qəbulu üçün 18 min 260 yer ayrılıb

Bakı, 10 avqust, AZƏRTAC

2020-2021-ci tədris ilində peşə təhsil pilləsinə tələbə qəbulu üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7 min 220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.
O bildirib ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər peşə təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələrin, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.
Xatırladaq ki, bu gündən peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada http://qebul.vet.edu.az/ səhifəsindən qeydiyyatdan keçməklə aparılacaq. Müsabiqənin nəticələri avqustun 25-də açıqlanacaq və qəbul olunan namizədlərin mobil nömrələrinə SMS gələcək.

Elm və təhsil 2020-08-10 13:23:00