×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universiteti ilə “İdrak Texnoloji Transfer” şirkəti arasında memorandum imzalanacaq

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) “İdrak Texnoloji Transfer” MMC ilə əməkdaşlığa başlayır.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, gələcəkdə universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, AzTU-nun istedadlı tələbə və məzunlarının startap layihələri və gənclərin hazırladıqları texnoloji həllər bir sıra müsabiqələrdə qalib olur. Belə layihələr “İdrak Texnoloji Transfer" MMC tərəfindən dəstəklənir.

Elm və təhsil 2020-08-10 13:08:00