×
A
A
A
Sazlamalar

Ukraynada koronavirusa yoluxanların sayı 82 minə yaxınlaşıb

Kiyev, 10 avqust, AZƏRTAC

Ukraynada son sutkada 1008 nəfər koronavirusa yoluxub.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ən çox yoluxma Kiyev, Odessa, Xarkov, İvano-Frankovsk və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 81 min 957 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1922 nəfərdir, 44 min 359 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-08-10 13:00:00