×
A
A
A
Sazlamalar

Belarus MSK: Prezident seçkilərinin ilkin nəticəsinə görə Aleksandr Lukaşenko 80,23 faiz səslə liderlik edir

Minsk, 10 avqust, AZƏRTAC

Belarusun Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri ilə bağlı son statistikanı açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nəticəyə görə seçicilərin 80,23 faizi Aleksandr Lukaşenkoya səs verib.
Svetlana Tixanovskaya isə səslərin 9,9 faizini toplaya bilib.
MSK-nın ilkin açıqlamasına görə, seçkilərdə 5 798 908 seçici iştirak edib. Bu da ümumi seçicilərin 84,23 faizi deməkdir. MSK-nın sədri Lidiya Yermoşina bu gün keçirdiyi brifinqdə bildirib ki, məntəqələrdən alınan protokolların son nəticəsi barədə əlavə məlumat veriləcək.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Dünya 2020-08-10 12:43:00