×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

Bakı, 9 avqust, AZƏRTAC 

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Ordu 2020-08-09 17:00:00