×
A
A
A
Sazlamalar

Naqif Həmzəyev: Belarusda prezident seçkiləri ilə bağlı səsvermə prosesi yaxşı təşkil olunub

Minsk, 9 avqust, AZƏRTAC

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə prosesi yaxşı təşkil olunub.
Bu fikri AZƏRTAC-a açıqlamasında səsvermə prosesini izləyən Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev söyləyib.
O bildirib ki, artıq Minsk şəhərinin bir neçə məntəqəsində səsvermə prosesini izləyib. Məntəqələrdə seçici fəallığı müşahidə edilir.
N.Həmzəyev deyib ki, gün ərzində digər şəhərlərdə də müşahidəçilik missiyasını həyata keçirəcək. Səsvermə prosesinin sonunda isə məntəqələrdə bülletenlərin sayılması prosesini izləyəcəklər.
Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Azər Badamov, Naqif Həmzəyev və Kamran Bayramov müşahidə edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Siyasət 2020-08-09 11:45:00