×
A
A
A
Sazlamalar

Pakistanda koronavirusa daha 842 nəfər yoluxub

İslamabad, 9 avqust, AZƏRTAC

Son gündə Pakistanda koronavirusa 842 nəfər yoluxub və ümumi yoluxanların sayı 283 min 487 nəfərə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda 11 xəstə ölüb və vəfat edənlərin sayı 6 min 68 nəfər olub.
Xəstəxanalarda 17 min 815 nəfərin müalicə aldığı bildirilir. 801 xəstə ağır vəziyyətdədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2020-08-09 03:35:00