×
A
A
A
Sazlamalar

Livan ordusu iğtişaşları yatırıb, 490 nəfər xəsarət alıb

Qahirə, 9 avqust, AZƏRTAC
Avqustun 8-də günorta saatlarında Beyrutda başlayan iğtişaşların qarşısı alınıb.
AZƏRTAC LBCI telekanalına istinadla xəbər verir ki, Livan ordusu nümayişçiləri Xarici İşlər və İqtisadiyyat nazirliklərinin binalarının qarşısından uzaqlaşdırıb. Hazırda paytaxtın Şəhidlər meydanında sabitlik hökm sürür.
Telekanal Livan Qırmızı Xaç Cəmiyyətinə istinadla xəbər verir ki, iğtişaşlarda 490 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bir polis əməkdaşı həlak olub, onlarla asayiş keşikçisi isə yaralanıb.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-08-09 00:50:00