×
A
A
A
Sazlamalar

Masallı şəhərinin küçələrinə asfalt döşənir

Masallı, 8 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərinin küçə və xiyabanlarının asfaltlanması işi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq Bəxtiyar Vahabzadə və Zərifə Əliyeva küçələrində asfaltlanma işləri tam yekunlaşıb. Şəhərin Ələsgər Ələkbərov, Məhəmməd Hadi və Əzim Əzimzadə küçələrində isə işlər davam etdirilir.

Regionlar 2020-08-08 18:30:00