×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetində təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib

Bakı, 8 avqust, AZƏRTAC 

Azərbaycan Texniki Universitetində (AzTU) onlayn yay semestri davam edir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil edilir. 2019-2020-ci tədris ili üzrə AzTU-da təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formatda davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində, 31 avqust - 4 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.

Elm və təhsil 2020-08-08 17:08:00