×
A
A
A
Sazlamalar

Qadın Sahibkarlığı Assosiasiyası "Beynəlxalq Web İqtisadi Forum"da ölkəmizi təmsil edib

Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) "Beynəlxalq Web İqtisadi Forum"da ölkəmizi təmsil edib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, dörd gün davam edən forumda qlobal iqtisadi böhran, ticarət bazarlarının dalğalanması, təhlükəsiz investisiyalar axtarışı və yeni iqtisadi tendensiyalar, kənd təsərrüfatı, qida sənayesi, enerji, günəş enerjisi, texnologiya, rəqəmsallaşdırma, bank maliyyəsi, ticarət və sənaye kimi mövzular müzakirə olunub.
Beynəlxalq səviyyədə tanınmış dövlət və özəl qurumların nümayəndələri, mütəxəssislərin, iş adamlarının, iri şirkətlərin, gənc investorların, tədqiqat institutlarının, universitetlərin, təşkilatların və nazirlərin iştirakı ilə baş tutan forumda, əsası ərəb ölkələri olmaqla, 100-dən çox ölkənin özəl və dövlət qurumları iştirak edib.
Forumda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, AQSİA və "Bakı Tekstil Fabriki" MMC-nin fəaliyyəti haqqında danışıb. Azərbaycanda görülən işlər və xüsusən maska fabrikinin açılışı iştirakçıların marağına səbəb olub.

İqtisadiyyat 2020-08-08 16:59:00