Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri xanım Həlimə Yaquba

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 avqust 2020-ci il.

Məktublar 2020-08-08 15:19:00