×
A
A
A
Sazlamalar

Paytaxtın istehlak bazarında 12,4 milyard manatlıq məhsul satılıb

Bakı, 8 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 12 milyard 421,8 milyon manat olmaqla 2019-cu ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,9 faiz azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 96,8 faizini qeyri-dövlət sektoru təşkil edib. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsindən real ifadədə 6 faiz azalaraq 12 milyard 25 milyon manat olub. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz azalaraq 4 milyard 467,1 milyon manat təşkil edib.

İqtisadiyyat 2020-08-08 15:01:00