×
A
A
A
Sazlamalar

Qanunsuz sərnişin daşıyan daha bir sürücü xüsusi karantin postunda saxlanılıb

Bakı, 8 avqust, AZƏRTAC 

Karantin qaydalarını pozaraq Bakı şəhərindən bölgələrə və əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu qanunsuz fəaliyyətlə məşğul olan Lənkəran şəhər sakini V.Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Lənkəran rayon sakinləri olan 3 qadını paytaxt ərazisinə gətirmək istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün Bakı və Sumqayıt şəhər sakinləri olan 3 qadının şəxsiyyət vəsiqələrindən istifadə etməklə Lənkəran rayon sakinləri A.Ağazadənin, N.Abbasovanın və V.Mənsumənin xüsusi karantin postlarından keçməsinə şərait yaratması müəyyən olunub.
Sürücü və sərnişinləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Hadisə 2020-08-08 13:36:00