×
A
A
A
Sazlamalar

Balakənli gənclər şəhər ərazisində təmizlik işləri aparıblar

Balakən, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi “Könüllülər ili” çərçivəsində növbəti ekoloji layihə həyata keçirib.
Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər “Trashtag” layihəsi çərçivəsində Balakən şəhərindəki küçələrdən birində təmizlik işləri aparıb, ərazini məişət tullantılarından təmizləyiblər.
Layihənin məqsədi gəncləri ətraf mühitin mühafizəsi işinə cəlb etmək, həmçinin sakinləri yaşadıqları ərazinin təmizliyinin qorunub saxlanılması ilə bağlı maarifləndirməkdir.
Aksiya zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.

Regionlar 2020-08-08 13:21:00