×
A
A
A
Sazlamalar

İmişlidə tərəvəz sahələrindən indiyədək 1643 tondan çox məhsul götürülüb

İmişli, 8 avqust, Mahir Babayev, AZƏRTAC

İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 164 hektar sahədə tərəvəz yetişdiriblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 164,4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılıb və bu günədək 1643,3 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 143,6 sentner olub. Yığılmış məhsulun 411,9 tonunu xiyar, 695 tonunu pomidor, 66,9 tonunu badımcan, 112,5 tonunu soğan, 101,1 tonunu sarımsaq, 11,7 tonunu yerkökü, 13,9 tonunu bibər, 230,3 tonunu isə digər tərəvəzlər təşkil edib.
Tərəvəz yığımı sürətlə davam edir. Əkinçilər gün ərzində 25-30 hektar sahənin məhsulunu yığırlar.

Regionlar 2020-08-08 13:01:00