×
A
A
A
Sazlamalar

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən daha 9 nəfər saxlanılıb

İstanbul, 8 avqust, AZƏRTAC

Türkiyənin 14 vilayətində FETÖ terror rəşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.
AZƏRTCA xəbər verir ki, Adana Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən aparılan əməliyyat zamanı 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla da Adana Təhlükəsizlik İdarəsi tərəfindən avqustun 5-dən etibarən bu istiqamətdə keçirilən əməliyyatlar nəticəsində həbs edilənlərin sayı 26-a çatıb.
Əməliyyatlar davam etdirilir.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-08-08 12:47:00