×
A
A
A
Sazlamalar

İmişlidə dələduzluq edən qadın saxlanılıb

Bakı, 8 avqust, AZƏRTAC 

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Sevda Quliyeva saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, Sevda Quliyeva İmişli rayonunda yaşayan sakinləri müxtəlif bəhanələrlə aldadaraq onlara ümumilikdə 90 min manatdan artıq məbləğdə ziyan vurub.
S.Quliyevanın analoji cinayətlər törətdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və İmişli Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Hadisə 2020-08-08 12:48:00