×
A
A
A
Sazlamalar

Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

Bakı, 8 avqust, AZƏRTAC 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, bu qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman elə şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyənləşdirilib. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.
Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilib və hər biri cərimə olunub.

 

Hadisə 2020-08-08 12:39:00