×
A
A
A
Sazlamalar

Beyrutda baş vermiş partlayış nəticəsində 60 nəfər itkin düşüb

Bakı, 8 avqust, AZƏRTAC
Beyrut limanında partlayış nəticəsində 60-dan çox insan itkin düşmüş sayılır.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, itkin düşənlərin sayı barədə məlumatı şənbə günü Livan Səhiyyə Nazirliyinin nümayəndəsi açıqlayıb. Onun sözlərinə görə, həlak olanların sayı 154 nəfərə çatıb, onlardan 25-nin şəxsiyyəti hələlik müəyyənləşməyib.
Xatırladaq ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda bir neçə güclü partlayış baş verib. Partlayış dalğası onlarla evi dağıdıb və zədələyib, 300 mindən çox insan evsiz qalıb. Həmçinin 5 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışın ölkəyə azı 3 milyard dollar zərər vurduğu bildirilir.
Mişel Naim Aun bildirib ki, hadisə yerində aero-foto çəkiliş aparmaq üçün Fransaya müraciət edib. Bu, partlayışın dəqiq səbəbini müəyyənləşdirəyə imkan verəcək. Hazırda bir neçə versiya, o cümlədən səhlənkarlıq, bədbəxt hadisə və xaricdən müdaxilə ehtimalları nəzərdən keçirilir.

Dünya 2020-08-08 12:31:00