Ermənistanda koronavirusa yoluxanların sayı 40 min 185 nəfərə çatıb
Tbilisi, 8 avqust, AZƏRTAC
Ermənistan koronavirusa yoluxanların sayı 40 mini keçib.
Onlardan 200 nəfəri son 24 saat ərzində koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, Ermənistanda virusa yoluxanların sayı 40 min 185-dir. Pandemiya qurbanlarının sayı da daha 8 nəfər artaraq 785-ə çatıb.
Hazırda Ermənistanda 6 777 aktiv koronavirus xəstəsi var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır