×
A
A
A
Sazlamalar

Hacıqabulda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Hacıqabul, 8 avqust, Mahir Babayev, AZƏRTAC

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabulda meyvə bağında çətənə kolu yetişdirən şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Hacıqabul rayon sakini 1963-cü il təvəllüdlü Salmanov Əli Ağakişi oğluna məxsus, şəhərin M.Əsədov küçəsində yerləşən bağ sahəsində yetişdirilən 88 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq Ə.Salmanova məxsus evdə keçirilən axtarış zamanı orada yerləşən yarımtikilidən xeyli miqdarda qurudulmuş marixuana aşkar edilib.
Ə.Salmanov barəsində narkotik vasitələrin saxlanması, istehsalı və satışı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə 2020-08-08 11:16:00