Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cəlilabadda xüsusi karantin rejiminin tələblərini pozan və dilənçilik edənlər saxlanılıblar

Cəlilabad, 8 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu istiqamətdə keçirilən nəzarət-profilaktiki tədbirlər çərçivəsində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan “VAZ-21011” markalı avtomobilin sürücüsü olan Yevlax şəhər sakini C.Bukavadzenin xüsusi karantin rejimi qaydalarını pozaraq Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.
Avtomobildə olan digər iki nəfər Yevlax sakini isə Cəlilabad şəhəri ərazisində dilənçiliklə məşğul olduqlarını bildiriblər.
Xüsusi karantin rejimi qaydalarını pozanlar Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Regionlar 2020-08-08 11:12:00