×
A
A
A
Sazlamalar

Son sutkada Qırğızıstanda koronavirusdan 9 nəfər ölüb

Bişkek, 8 avqust, АZƏRTAC

Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna 425 nəfər yoluxub və yoluxma sayı 39 min 587 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, son sutkada virusdan 9, ümumiyyətlə isə 1460 koronavirusa yoluxan şəxs ölüb.
Son 24 saatda virusa 10, ümumiyyətlə isə 2 min 938 tibb işçisi yoluxub.
Bildirilir ki, xəstəxanalarda 7 mindən artıq pasiyent var.
Qırğızıstan mətbuatı yazır ki, ilin əvvəlindən bu günədək ölkəyə xarici maliyyə institutlarından və dövlətlərdən 333,3 milyon dollar vəsait daxil olub. Bunun 44,1 milyon dolları koronavirusla mübarizə tədbirlərinə sərf edilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-08-08 11:20:00