Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Banqladeşdə COVID-19 virusuna yoluxanların sayı 250 mini ötüb

Pekin, 8 avqust, AZƏRTAC

Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 2851 yoluxma və bu virus səbəbindən 27 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 252 min 502 nəfərə, ölənlərin sayının isə 3333-ə çatıb.
İdarənin rəhbəri Nəsimə Sultana bildirib ki, Banqladeşdə indiyədək virusa yoluxanların 57 faizi sağalıb, 1,32 faizi ölüb. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alırlar.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-08-08 11:14:00