×
A
A
A
Sazlamalar

Sumqayıt çimərliyində hamilə qadın dənizdə boğularaq ölüb

Sumqayıt, 8 avqust, AZƏRTAC

Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində suda boğulma hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, avqustun 7-də saat 21.50-də 1987–ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı dənizdə boğulma təhlükəsi ilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Onun 4 aylıq hamilə olduğu bildirilib.
Qeyd edək ki, dünən şəhər çimərliyində 5 nəfər suda boğulmaq təhlükəsi ilə üzləşıb. Onlarda ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-08-08 10:43:00