×
A
A
A
Sazlamalar

Həyətində narkotik becərən Xızı sakini saxlanılıb VİDEO

Xızı, 8 avqust, Elxan Yusifli, AZƏRTAC 

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yeni Yaşma qəsəbə sakini Xəyal Qədirovu yaşadığı evin yaxınlığında saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xəyal Qədirova məxsus evə keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 13 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı X.Qədirov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Regionlar 2020-08-08 10:34:00

Video