×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
AZƏRTAC koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür.
Bundan əlavə, həmin göstərici Abşeron rayonunda. 16,1, Aran rayonlarında 9,4, Gəncə-Qazax bölgəsində 6,7, Lənkəranda 4,5, Quba-Xaçmazda 1,9, Dağlıq Şirvanda 1,7, Şəki-Zaqatalada 1,5, Yuxarı Qarabağda 1, faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında yoluxma faktı qeydə alınmayıb. Ölkə xaricindən idxal olunma halı 0,8 faizdir.

Səhiyyə 2020-08-08 09:25:00