“Rally Estonia” avtomobil yarışları sentyabr ayında baş tutacaq
Tallinn, 8 avqust, AZƏRTAC
“Ralli Estonia” avtomobil yarışları bu il sentyabrın əvvəlində keçiriləcək.
AZƏRTAC “BNS” informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Estoniyanın Mədəniyyət naziri Tınis Lukas mətbuat konfransında açıqlayıb.
“Ralli olduqca təhlükəsiz şəraitdə keçiriləcək. Lakin azarkeşlərin iştirakı ilə bağlı qərarlar zamanı gəldikdə qəbul ediləcək”, – deyə T. Lukas söyləyib.
Estoniyanın Baş Naziri Yuri Ratas yarışın ölkəsi üçün olduqca mühüm tədbir olduğunu qeyd edərək deyib: “Hesab edirəm ki, idmançılardan hazırda olduqları ölkələrdə analiz götürmək məqbul olardı. Analizin nəticəsinin neqativ olması idmançıların 14 gün ərzində karantində qalmamasını təmin edəcək”.
Estoniyada ilk dəfə təşkil olunacaq “Rally Estonia” avtomobil yarışları üzrə dünya çempionatının mərhələsi sentyabrın 4-6-da Tartu, Otepya, Elva, Kanepi və Kambya şəhərlərinin traslarında keçiriləcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir