×
A
A
A
Sazlamalar

Böyük Britaniyaya gələn turistlər karantinə salınacaq

London, 8 avqust, AZƏRTAC

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkəsinə gələn xarici turistləri karantinə salmaqdan çəkinməyəcəklərini söyləyib. O, insanların sağlamlığını qorumaq üçün bu sistemə qayıda biləcəklərini bildirib.
Belə ki, Belçika, Baham adaları və Andorradan gələn turistlər 14 günlük özünütəcrid qaydalarına əməl etməli olacaqlar. Son günlər Fransada koronavirusa yoluxma hallarında artım müşahidə olunduğu üçün qayda bu ölkədən gələnlərə də tətbiq oluna bilər.
Qeyd edək ki, artıq İspaniyadan gələn turistlərə 14 günlük karantin rejimi tətbiq olunur.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-08-08 02:28:00