×
A
A
A
Sazlamalar

“Yuventus” UEFA Çempionlar Liqasında mübarizəsini dayandırıb

Bakı, 8 avqust, Nicat Məmmədov, AZƏRTAC
İyulun 7-də UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Yuventus” klubu öz meydanında Fransanın “Lion” komandasını qəbul edib.
İlk oyunda “Lion” öz meydanında 1:0 hesabı qələbə qazanmışdı.
“Allianz Arena” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı gözlənilmədən fransızlar açıblar. Baş hakim Feliks Zvayerin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Memfis Depay dəqiq zərbə ilə tamamlayıb.
Qoldan sonra irəli atılan turinlilər birinci hissənin başa çatmasına iki dəqiqə qalmış hesaba tarazlıq gətiriblər. Bu dəfə Kriştiano Ronaldo təyin olunan penaltini dəqiq yerinə yetirib.
Qarşılaşmanın 60-cı dəqiqəsində Kriştiano Ronaldo dublunu rəsmiləşdirərək komandasını hesabda önə çıxarıb. Qalan dəqiqələrdə “Qoca sinyora”nın qol vurmaq şansları olsa da, hesab dəyişməyib.
Ümumi hesabın 2:2 olmasına baxmayaraq, “Yuventus” turnirdə mübarizəsini dayandırıb. Buna səbəb isə “Lion”un öz meydanında qol buraxmamasıdır.

İdman 2020-08-08 01:24:00