×
A
A
A
Sazlamalar

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Ankara, 8 avqust, AZƏRTAC

Türkiyənin Bitlis vilayətinin Hizan rayonunda Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar avqustun 7-də yerli vaxtla saat 22:20-də (Bakı vaxtı ilə 23:20) baş verib.
Zəlzələ ətraf bölgələrdə də hiss edilib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-08-08 01:05:00