×
A
A
A
Sazlamalar

Azərbaycanda aparılan koronavirus testlərinin sayı açıqlanıb

Bakı, 7 avqust, AZƏRTAC 

Avqustun 7-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 773 min 51-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3197-yə bərabərdir. Xəstələrdən 261 nəfəri reanimasiyadadır ki, onlardan da 50-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 7-də Azərbaycanda koronavirus infeksiyasına daha 129 yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

Səhiyyə 2020-08-07 23:08:00