Azərbaycanda açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilib
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 10-u saat 00:00-dan etibarən Azərbaycanda açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə qərar qəbul edib.
Qərarda qeyd olunub ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00:00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:
• Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
• Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
• maşın və avadanlıqların istehsalı;
• elektrik avadanlıqlarının istehsalı;
• kompüter, elektron və optik məhsulların istehsalı;
• avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
• sair nəqliyyat vasitələrinin istehsalı;
• poliqrafiya məhsullarının istehsalı;
• zərgərlik məmulatlarının istehsalı;
• musiqi alətləri, idman mallarının istehsalı;
• geyim istehsalı;
• toxuculuq sənayesi;
• ayaqqabıların istehsalı;
• dəri və dəri məmulatlarının istehsalı;
• tütün məmulatlarının istehsalı;
• sair sənaye məhsullarının istehsalı.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub