×
A
A
A
Sazlamalar

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb, azı üç nəfər ölüb

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də Hindistanın "Air India Express" hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.
Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən laynerin uçuş-enmə zolağından çıxması nəticəsində baş verən qəza zamanı təyyarənin göyərtəsində 170-194 nəfər olub.

Dünya 2020-08-07 20:51:00