×
A
A
A
Sazlamalar

Videokonfransda elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması müzakirə olunub

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də Kürdəmir Regional Mədəniyyət İdarəsi videokonfrans keçirib.
AZƏRTAC xəbər verir ki, videokonfransda rayonlar üzrə nümayəndələr, idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən kitabxana və klub tipli müəssisələrin rəhbərləri iştirak ediblər.
Konfransda çıxış edən Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müəssisələrdə dezinfeksiya içlərinin aparılması və sosial dəstəyə ehtiyacı olanlara qayğının artırılmasının vacibliyindən danışıb. Həmçinin kitabxanalarda virtual müsabiqələr və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən bəhs olunub.
Klub tipli müəssisələrin onlayn konserti, dərnək üzvlərinin virtual sərgilərinin təşkili ilə əlaqədar tövsiyə və tapşırıqlar verilib.
Videokonfransda rayonlar üzrə nümayəndələrin və müəssisə rəhbərlərinin təklifləri dinlənilib.

Mədəniyyət 2020-08-07 19:01:00