×
A
A
A
Sazlamalar

Yeddi ayda birja üzvlərinin dövriyyəsinə “PAŞA Kapital” başçılıq edib

Bakı, 7 avqust, AZƏRTAC

Bakı Fond Birjası (BFB) bu ilin yanvar-iyul ayları ərzində üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, renkinqə 5,3 milyard manatlıq göstərici ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir. İkinci yerdə 817,4 milyon manatla “AzFinance”, üçüncü yerdə 645,4 milyon manatla “Unicapital”, dördüncü yerdə 544,8 milyon manatla “BTB Kapital”, beşinci yerdə 409,6 milyon manatla “Xalq Kapital”, altıncı yerdə 209,2 milyon manatla “İnvest-Az” və yeddinci yerdə 88,3 milyon manatla “PSG Kapital” qərarlaşıb.

Maliyyə 2020-08-07 18:35:00