Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Səbail” klubu braziliyalı müdafiəçisi ilə yollarını ayırıb

Bakı, 7 avqust, AZƏRTAC

Bakının “Səbail” futbol klubunda növbəti ayrılıq baş verib.
AZƏRTAC xəbər verir ki, braziliyalı müdafiəçi Eriko da Silva komandanı tərk edib.
Otuz bir yaşlı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb. Müdafiəçi ötən mövsüm paytaxt klubunda keçirdiyi 12 oyunda 1 qol vurub.

İdman 2020-08-07 18:22:00