×
A
A
A
Sazlamalar

“Sent-Etyen”in futbolçusunda koronavirus aşkarlanıb

Bakı, 7 avqust, AZƏRTAC

Fransanın “Sent-Etyen” klubunun futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, adı açıqlanmayan oyunçunun evində təcrid olunduğu bildirilib.
Komandanın avqustun 7-də Almaniyanın “Herta” klubu ilə yoxlama oyunu nəzərdə tutulsa da, təhlükəsizlik qaydalarına görə görüş təxirə salınıb.

İdman 2020-08-07 18:07:00