×
A
A
A
Sazlamalar

Bu ilin birinci yarısında Masallıda ümumi məhsul istehsalı 5,5 faiz artıb

Masallı, 7 avqust, Bağır Əliyev, AZƏRTAC

Bu ilin birinci yarısında Masallı rayonunda ümumi məhsul buraxılışının həcmi 229326,1 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çoxdur.
AZƏRTAC-ın bölgə müxbirinə bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin altı ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalı 99947,8 min manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz artıb. Məhsul buraxılışınin 58,5 faizi və ya 58465,6 min manatı bitkiçiliyin, 41,5 faizi və ya 41482,2 min manatı heyvandarlığın payına düşür. Bu dövrdə rayonda 3592,1 ton ət, 25898,8 ton süd, 36515 min ədəd yumurta istehsal olunub.
Altı ayda rayonda 28528,3 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.
İstehsal olunmuş sənaye məhsulunun 24,0 min manatı və ya 0,1 faizi mədənçıxarma sənayesinin, 24461,7 min manatı və ya 85,7 faizi emal sənayesinin, 3755,1 min manatı və ya 13,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 287,5 min manatı və ya 1,0 faizi su təchizatı tullantılarının təmizlənməsi və emalının payına düşür.

 

Regionlar 2020-08-07 18:09:00