×
A
A
A
Sazlamalar

İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 7 avqust, AZƏRTAC

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün avqustun 27-dən 30-dək qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 1-ci və 2-ci nömrələrini nəşr edib.
Jurnalların elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti(http://eservices.dim.gov.az/ejurnal) vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Elm və təhsil 2020-08-07 18:07:00