×
A
A
A
Sazlamalar

Lənkəran və Sədərək şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib

Bakı, 7 avqust, AZƏRTAC
Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu şahmat məktəbinin idmançıları arasında yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, 16 yaşadək şahmatçıların iştirak etdikləri yarışda Lənkəran təmsilçiləri qalib gəliblər.
Turnir “Lichess.org” platforması üzərindən onlayn formatda təşkil olunub.

İdman 2020-08-07 16:53:00