×
A
A
A
Sazlamalar

Daşkəsəndə ilin birinci yarısında 400 başdan çox iribuynuzlu heyvan süni mayalandırılıb

Daşkəsən 8 avqust, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsən rayonunda iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlıqda yüksək nəticəyə nail olmaq üçün süni mayalandırma işi davam etdirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin altı ayı ərzində 412 baş iribuynuzlu heyvan süni mayalandırılıb. Ümumilikdə, heyvanların süni mayalandırılmasından 200 baş bala alınıb.
Qeyd edək ki, hesabat dövründə Daşkəsən rayonunda bir əsas və bir yardımçı süni mayalanma məntəqəsi fəaliyyət göstərib.

Kənd təsərrüfatı 2020-08-07 13:55:00