×
A
A
A
Sazlamalar

İtaliyada qadın tennisçilər arasında beynəlxalq turnir davam edir

Bakı, 7 avqust, AZƏRTAC

İtaliyanın Palermo şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 163 min ABŞ dolları olan WTA seriyalı turnirdə səkkizdəbir final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ikinci mərhələdə estoniyalı Anett Kontaveytlə almaniyalı Laura Ziqemund qarşılaşıblar. Görüş 2 saat 20 dəqiqə çəkib. Mübarizəyə almaniyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:2 hesabı ilə qələbə qazanan Laura sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 6:2 hesabı ilə qalib gələn Kontaveyt tarazlığı bərpa edib. Sonuncu hissə də estoniyalı tennisçinin xeyrinə başa çatıb – 6:2.
Beləliklə, A.Kontaveyt dörddəbir finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var. Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.

İdman 2020-08-07 13:10:00