×
A
A
A
Sazlamalar

Maks Kruze yenidən Almaniya klubunda çıxış edəcək

Bakı, 7 avqust, AZƏRTAC
İstanbulun “Fənərbağça” klubu ilə müqaviləsini təktərəfli ləğv edən Maks Kruzenin yeni komandası müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı alman hücumçu karyerasını ölkəsində davam etdirəcək. O, “Union Berlin”lə müqavilə imzalayıb. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Berlin klubu müqavilənin şərtlərini açıqlamayıb.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm “Fənərbağça”da 23 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

İdman 2020-08-07 13:03:00