×
A
A
A
Sazlamalar

Futbol klublarımız Qəbələdəki hazırlığı başa vurublar

Bakı, 7 avqust, AZƏRTAC

Qəbələyə təlim-məşq toplanışına yollanan Azərbaycan Premyer Liqa təmsilçiləri hazırlığı başa vurublar.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah”, “Səbail” Bakıya, “Sumqayıt” isə Sumqayıta qayıdıb. Təkcə “Qəbələ” hazırda eyniadlı şəhərdə hazırlığını davam etdirir.
Qeyd edək ki, Bakı və Sumqayıtda sərt karantin rejimi səbəbindən klublar Qəbələyə təlim-məşq toplanışına yollanmışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın mümkün icazə qərarından sonra avrokubok təmsilçilərimiz də daxil olmaqla klublar hazırlığı öz meydanlarında keçirəcəyi gözlənilir.

İdman 2020-08-07 12:26:00