×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 91 nəfər uğur qazanıb

Bakı, 7 avqust, AZƏRTAC

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in avqustun 7-si saat 11:05-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 91 nəfər uğur qazanıb. Onlardan 22-si Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Elm və təhsil 2020-08-07 11:12:00