×
A
A
A
Sazlamalar

“Sumqayıt” yeni məşqçi ilə razılaşdı

Sumqayıt, 7 avqust, AZƏRTAC

Sumqayıt" futbol klubu yeni məşqçi dəvət edib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “kimyaçılar” fiziki hazırlıq üzrə ispaniyalı məşqçi Herrard Merino Elgarrista ilə razılaşıb.
O, bu vəzifədə bir müddət əvvəl Sumqayıtdan Türkiyənin “Gənclərbirliyi”nə keçmiş həmyerlisi Eduardo Karonu əvəz edəcək. M.Elgarristanın müqavilə imzalamaq üçün yaxın günlərdə Sumqayıt şəhərinə gələcəyi gözlənilir.

İdman 2020-08-07 10:58:00