×
A
A
A
Sazlamalar

Qəbələ sakininin həyətyanı sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb

Bakı, 6 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini R.Zamanlıya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə 360 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-08-06 18:20:00